Ərindən küsərək evinə geri dönən bacısını boğaraq qətlə yetirməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən 1977-ci il təvəllüdlü Yolçuyev Rəfael Sabirxan oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq icladı keçirilib. Prosesdə təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 21-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi Şamaxıda baş verib. R.Yolçuyev mübahisə zəminində bacısı 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Sabirxan qızını boğaraq öldürüb.
Yolçuyev istintaqa bacısını namus üstündə öldürdüyünü deyib.
Məlumata görə, hadisə bacı-qardaş arasında qısqanclıq zəmnində yaranan söz-söhbətdən sonra baş verib.
Mərhum Yasəmən Arzuxanova həyat yoldaşı ilə dava edərək evdən çıxıb və Bakı şəhərinə gedib. Qardaşı Rafael Yolçuyev bacısını Bakıdan rayona gətirərək onu namus üstündə qətlə yetirib.
Mərhum iki uşaq anası olub.
İ.Muradov
Musavat.com






