İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərim mənlə kobud davrandı, qızım ilk təhlükəni onda aldı” – Aygün Kazımova  

683 20.09.2021 15:43 Şou-biznes A A

Xalq artisti Aygün Kazımova “Söhbət musiqidən gedir” proqramında qonaq olub.

Musavat.com xəbər verir ki, müğənni konsert üçün evini satdığını bildirib:
"Konsert üçün evimi satdım. Müqabilində dünyalar qazandım, imtahandan 5 aldım. Dünyanın xoşbəxti oldum”.

Sənətçi keçmiş həyat yoldaşından da söhbət açıb:

"Bir "rulon" var idi. İçərisində Vaqif Gərayzadənin bütün arxivi yer alırdı. AzTV-yə gəlirdim, həyat yoldaşım yanımda idi. Çox qısqanc idi, mənimlə kobud rəftar etdi. Əlimdən lent düşdü, açılıb dağıldı. Hamilə idim, qızım ilk təhlükəni onda atlatdı. Gəlib Zülfiyyə Xanbabayevaya dedim, qayıtdı ki, demə, Vaqif müəllim bizi öldürəcək. Sonra Vaqif müəllimə açıb dedim. Həmin an mənə baxdı ki, qarşısında hamilə dayanmışam. Dedi get gözümdən, səni görməyim. Günlərlə oturub onu bərpa etdilər".

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR