İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəbistan şahzadəsindən Donald Trampa sərt cavab: "ABŞ-ın üz qarası..."

1637 13.12.2015 15:47 Dünya A A
Səudiyyə Ərəbistanının şahzadəsi Əl Vəlid bin Talal, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampı "Amerikanın üz qarası" adlandırıb.
 
Musavat.com xəbər verir ki, bu barədə açıqlamasını Ərəbistan şahzadəsi öz "Twitter" hesabından paylaşıb.
 
O, mesajında D.Trampı prezidentlik yarışından geri çəkilməyə çağırıb.
 
Donald Tramp ötən günlərdə təhlükəsizlik səbəbi ilə ABŞ-a müsəlmanların girişinin qadağan olunmasını təklif etmişdi və sərt şəkildə tənqid olunmuşdu.
 
D.Tramp şahzadəyə cavab verərək, onu "axmaq" adlandırıb.
 
Donald Tramp isə cavabında özü kimi iş adamı olan və dünyanın ən varlı insanları siyahısında 34-cü yerdə qərar tutan Əl Vəlid bin Talalın atasının pulu ilə amerikalı siyasətçiləri yönləndirməyə çalışdığını söyləyib və "Mən seçiləndə belə bir şey olmayacaq", - deyə bildirib.
 
Aygün SƏFƏRLİ,
Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR