İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəb Dövlətləri Liqası “Hizbullah”ı terror təşkilatı kimi tanıyıb

1016 12.03.2016 01:41 Dünya A A
Körfəz Əməşdaşlıq Şurasına daxil olan ölkələrdən sonra, Ərəb Liqası da Livanda fəaliyyət göstərən "Hizbullah" silahlı qruplaşmasını terror təşkilatı elan edib.

Avropa.info xəbər verir ki, bu haqda qərar  Ərəb Liqası xarici işlər nazirlərinin toplantısında verilib. Tunisdə keçrilən  toplantıda "Hizbullah"ın Bəhreyn, Yəmən və Suriyada terrorçu fəaliyyətlə məşğul olduğu qeyd olunub. Ərəb Liqası ölkələri "Hizbullah"ı ərəb ölkələrində təhlükəsizliyi pozmaqda ittiham ediblər.

Toplantıda iştirak edən İraq, Əlcəzair və Livan istisna olmaqla bütün dövlətlər "Hizbullah"ın terror təşkilatı siyahısına salınmasına səs veriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR