İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla Messi eyni komandada

2694 15.07.2016 22:08 İdman A A

"Antalyaspor"un futbolçusu Samuel Etonun təşkil etdiyi xeyriyyə matçına ulduzlar toplaşacaq. 

Musavat.com xəbər verir ki, Eto illərdir ki, afrikalı uşaqlara yardım üçün xeyriyyə vəqfi yaradıb. Bu yardım qurumu ehtiyacı olan insanlara dəstək verir. Ulduz futbolçu həm məsələyə diqqət çəkmək, həm də yardımların miqdarını artırmaq üçün xeyriyyə matçı təşkil edib.

İyulun 16-da baş tutacaq matçda, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Messi, Neymar, Droqba, Arda Turan, Okoça, Demba Ba, Maradona, Fabio Cannavaro, Fabio Capello, Jose Mourinyo kimi futbol dünyasının ulduz adları qatılacaq.

Antalya Arenada 33 min futbolsevərin izləməsi gözlənilən qarşılaşma Türkiyənin ATV telekanalında canlı olaraq yayımlanacaq. Messi və Ərdoğan eyni komandada mübarizə aparacaqlar.  

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR