İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla gənclər arasında maraqlı dialoq: "8 ay sonra kimlərisə siz dəli edəcəksiniz" VİDEO

2422 25.09.2022 02:10 Maraqlı A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada gənclər söhbət zamanı izdiham arasında “4 ildir seçki görmədik, dəli oluruq” yazılmış pankartla diqqət çəkib.

Musavat.com xəbər verir ki, seçkiyə 8 ay qaldığını ifadə edən Ərdoğan, "inanıram ki, 8 ay sonra kimlərisə siz dəli edəcəksiniz. Çünki onlar gəncliyin nə olduğunu bilmirlər. Gənclik buradadır. İndi biz gənclərlə buradayıq", - deyə bildirib.

Ərdoğanın bu sözləri zaldakı gənclər tərəfindən alqışlarla qarşılanıb.

Sözlərinə davam edən Ərdoğan "6 milyon gəncimiz 2023-cü il seçkilərində ilk dəfə səsverməyə gedəcək. Öz istəkləri ilə səs verəcəklər. Sosial media illüziyaları və boş vədlərlə kimsənin sizə yol göstərməsinə imkan verməyin. Bizlər Türiyənin gələcəyini ancaq azad, biliyi yüksək, üfüqləri açıq olan gənclərə əmanət edə bilərik”,- deyə bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR