İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla eyni kadrda olmaq cəhdi - Keçmiş müxalifətçinin bu hərəkəti GÜNDƏM OLDU VİDEO

2094 06.01.2024 19:33 Region A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında 6992 polisin xidmətə başlaması və 1573 yeni avtomobilin istismara verilməsi mərasimində iştirak edib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, mərasimdən sonra baş tutan fotosessiya Ədalət və İnkişaf Partiyası (AK Partiya) İstanbul millət vəkili Hulki Cevizoğlunun prezident Ərdoğanla eyni kadrda olmaq cəhdi ilə yadda qalıb.

Belə ki, Cevizoğlunun bütün cəhdlərinə baxmayaraq fotoda yer ala bilmədiyi anların görüntüləri qısa zamanda sosial mediada trend olub.

Qeyd edək ki, vaxtilə AKP və prezident Ərdoğana qarşı ən güclü müxalifətçilərdən biri olan Hulki Cevizoğlu 14 may 2023-cü il seçkilərində Ədalət və İnkişaf Partiyasından millət vəkili seçilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR