İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanla Əliyev Zəngəzur dəhlizinin təməlini qoydu, Araik isə... - Politoloq Vaqif Hüseyn CANLI-da

1046 26.10.2021 15:57 Gündəm A A

Qarabağın hava qapısı açıldı və qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuliyə öz təyyarəsi ilə gəldi.

Cəmi bircə il öncə belə bir mənzərəni təsəvvür etmək də mümkün deyildi. Amma biz Azərbaycan və Türkiyə olaraq, çox çətinlikləri aşdıq və tariximizi yenidən yazdıq. Artıq Füzuli beynəlxalq hava limanının açılışı gerçəkləşib.

Azərbaycan və Türkiyə Prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlini də qoyublar.
Rəsmi Bakının Avropa İttifaqını sərhədlərin delimitasiya işlərinə cəlb etmək istəyi, Brüsselin bu təklifə razılaşması, eləcə də Vaşinqtonun və Tiflisin fəallığı onunla nəticələndi ki, Moskva buna “yox” dedi.

Rusiya Prezidenti Vladimir Putinin “Valday” forumundakı çıxışında “proses Rusiyasız qeyri-mümkündür, burada bəlkə də bizə heç kim lazım deyil” açıqlaması həm tərəflərə, həm üçüncü ölkələrə ünvanlanmış açıq mesaj idi.

Putin vasitəçilik məsələsində Rusiyanın aparıcı rola malik olduğu Minsk Qrupuna qarşı çıxmadı, amma prosesdə özünün dominant olduğunu da gizlətmədi. Bakı hansı siyasi xətt yürüdəcək, Aİ və Gürcüstanın vasitəçiliyindən necə imtina edəcək?

Erməni müxalifəti isə bəyan edib ki, Moskvada gözlənilən görüşdə guya Xankəndi ermənilərinin də taleyi müzakirə olunacaq. Hətta belə bir şüar irəli sürüblər: “Ermənilərin Qarabağdan qovulmasına yox...”

Xəbərlərə görə, Ermənistanın 2022-ci il üçün dövlət büdcəsi layihəsi parlamentdə müzakirə olunur. Büdcə layihəsində Qarabağın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan hissəsinə yardım paketi də müzakirə olunub. Rəsmi İrəvan gələn il Qarabağa 303 milyon dollar yardım etməyi planlaşdırır.
Həmin vəsait maaş və pensiyaların ödənilməsinə, infrastruktur layihələrinə sərf olunacaq. 2021-ci ildə bu yardımın məbləği 136 milyon dollar təşkil etmişdi.
Bu vəziyyət nə vaxtadək davam edəcək? Aydındır ki, indi ermənilərin manatı xərcləmək imkanları məhduddur, Azərbaycanın heç bir bölgəsinə gedə bilmirlər və sairə.

Qarabağda “deputat”lardan biri olan David Qalstyan deyib ki, Arayik Aryutunyan və adamları "özünümüdafiə batalyonları"nın "hərbçi"lərinə və "milis"lərə Qarabağdan qaçmaları üçün pul verir.

Rusiya prezidenti Putinin “Valday” klubunda çıxışı bir çox məsələləri yenidən gündəmə gətirdi ki, bu həm də Azərbaycan ərazilərinin vaxtilə işğal olunmuş Kərki, Qazağın 7 kəndi və Gədəbəyin Başkəndinin taleyini də gündəmə gətirib.

Putinin “Sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr Rusiya ordusunun Baş Qərargahındadır” sözləri delimitasiyanın hansı xəritə əsasında aparıla biləcəyinə işarədir.

Rusiya dövlət başçısının “indi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır” açıqlaması da bu yöndədir.

Qeyri-rəsmi məlumatlara görə, delimitasiyada 1975-ci ilin xəritəsi əsas götürülür. Putin bildirir ki, “orada qarşılıqlı güzəşt tələb edən məsələlər var”.

Bakı üçün “böyük itkilərdən” söhbət gedə bilməz: işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkib və proses yanlış sərhədin düzəlməsi istiqamətində gedir.

Bu səbəbdən Bakının tələbləri daha əsaslı və haqlıdır. Bakı Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndinin təhvil verilməsini istəyir.

Gədəbəyin Başkənd kəndinə gəlincə, Ermənistan 7+1 kəndə qarşı SSRİ-də “erməni anklavı” hesab edilən bu kəndi istəyir.

Bu gün TVMusavat-ın efirində politoloq Vaqif Hüseynlə gündəmi müzakirə etdik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR