Türkiyə prezidenti Ərdoğan Putinlə mühüm görüşün anonsunu verdi. Bakıda, Azərbaycan parlamentində etdiyi çıxışında da bəyan etdiyi kimi, onun Rusiya prezidentindən əsas gözləntisi Zəngəzur dəhlizi ilə bağlıdır. Ərdoğanın bu hərəkətliliyi Zəngəzur dəhlizinin inşasını tezləşə bilər. Azərbaycana səfərdən qayıtdıqdan sonra yerli TV-yə müsahibəsində Türkiyə prezidenti Cənubi Qafqazdakı situasiya barədə danışarkən deyib ki, tezliklə Putinlə görüşəcək Maraqlıdır ki, o, İlham Əliyevin də Putinlə görüşəcəyini deyib.
Ərdoğan bildirib ki, Rusiyanın “Zəngəzur dəhlizi”ni gecikdirmək niyyətində olduğunu düşünmür, əksinə, Putin layihəni reallaşdırmaq istəyindədir. Baydenlə görüşlərindən az sonraya təsadüf edəcək Ərdoğan-Putin təması yəqin ki, həm də “saat əqrəblərini tutuşdurmaq” məqsədi güdəcək. Bu görüş konkret olaraq bölgəmizə nə vəd edir, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Ərdoğan-Putun görüşündən sonra nəhayət, tezləşə bilərmi?
Ərdoğanla İlham Əliyevin Xankəndi ilə bağlı dialoqunun pərdə arxası nədən xəbər verir? Nə dedi hər iki lider? Gülə-gülə verdikləri mesaj ünvana çatdımı?
Toylarla bağlı qadağanı götürməyənlər kimlərdir? Azərbaycanda demoqrafik problemin yaşanmasında hansı məmurlar maraqlıdır? Toy biznesini çiçəkləndirənlər kimlərdir?
Bakının mərkəzində pul paylayan şəxs kimdir? Onunla bağlı cəzalandırma necə və hansı formada həyata keçirildi?
Avropa ölkələri vətəndaşlarının daxildə karantin müddəti qoyulmadan və PCR testi olmadan səyahət etməsinə imkan verən Avropa “yaşıl rəqəmsal buraxılış vəsiqələri”nin - COVİD sertifikatının sınaq rejimində tətbiqinə başlayıb. Bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ulsula Lyayen məlumat verib. Avropa yaşıl rəqəmsal buraxılış vəsiqələri iyulun 1-dən qüvvəyə minir, lakin Avropa ölkələri öz vətəndaşlarının səfərlərini asanlaşdırmaq üçün onu daha tez tətbiq edə bilərlər.
“COVİD pasportu” ilə bağlı Azərbaycanda xeyli suallar var. Əsasən də xarici ölkələrə getmək istəyənlər arasında narahat olanlar çoxluq təşkil edir. Türkiyəyə getmək üçün COVİD pasportu, yoxsa PCR testi lazımdır", - deyə soruşanlar çoxdur. Hansı vaksini vurdurmağın Avropaya səfərlər üçün əhəmiyyəti varmı? Guya Çin və Rusiya vaksinini ÜST tanımır. Bu səbəbdən yalnız ABŞ vaksini (“Pfizer”) vurduranların Avropaya gedə biləcəkləri kimi iddialar var. Yeri gəlmişkən, iyunun 21-dən daha yeddi dövlətin vətəndaşlarının Azərbaycana daxil olmasına icazə verilir. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Əsasən ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşları Azərbaycana səfər edə biləcəklər.
“Avropa ölkələri ”Pfizer"dən başqa COVİD pasportu qəbul etmir" iddiası nə dərəcədə reallığa uyğundur?
Bu və Azərbaycan insanını düşündürən bir çox sualları aparıcı Sevinc Telmanqızının təqdimatında, canlı efirə qoşulacaq qonaqlarla birgə “Canlı debat”da müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






