İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi, erməni deputatlar Azərbaycana görə toplanır - son dəqiqə xəbərləri “Canlı debat”da  

634 26.10.2021 13:27 Gündəm A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Musavat.com xəbər verir ki, dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.

Erməni deputatlar Azərbaycana görə toplanır - QAPALI MÜZAKİRƏ

Bu gün Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçiriləcək.
Publika.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, iclasda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan da iştirak edəcək.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, deputatların ən azı 20 faizi bu məsələ ətrafında müzakirə aparmağı təklif edib.

Bu və gündəmdəki bir çox mövzuları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR