İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın “sirr küpü” ilk zəngi ona etdi – Çavuşoğlu ilə işləyib, indi isə... - ŞOK AÇIQLAMA

6267 04.06.2023 17:53 Gündəm A A

“Türkiyə cəmiyyəti demokratik dəyərlərə alışmış, dəyişiklikləri sevən və daha parlaq simaların idarəçiliyə cəlb edilməsinə meylli olan bir cəmiyyətdir. Rəcəb Tayyib Ərdoğan da bunu yaxşı başa düşür. Baxmayaraq ki, Ərdoğanın yerlərini dəyişdiyi, yaxud parlamentə göndərdiyi şəxslər kifayət qədər güclü və cəmiyyətdə tanınan şəxslər idi, amma o, Nazirlər Kabinetini yeniləməyə qərar verdi”.

Bunu Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

qabil.jpg (172 KB)

Politoloq hesab edir ki, bu dəyişiklik cəmiyyətin çağırışına bir növ cavabdır:

“Bu onu göstərir ki, Ərdoğan Nazirlər Kabinetini yeni simalarla, daha güclü, daha təcrübəli və yeniliyə meylli qüvvələrlə əvəzləyir. Digər tərəfdən də Nazirlər Kabinetinin görünüşünü, cəlbediciliyini ictimai rəyə təqdim etməyə çalışır. Bu, dünyanın qabaqcıl demokratik ölkələrində geniş tətbiq edilən bir metoddur. Hesab edirəm ki, Ərdoğanın bu məsələyə münasibəti konseptual xarakter daşıyır, bəlli politoloji nəzəriyyələrə söykənir”.

erdogan son.jpg (73 KB)

Politoloq qeyd edib ki, Ərdoğan Azərbaycan sevdalı bir liderdir, onun Azərbaycanla bağlı siyasəti artıq sınaqdan çıxıb:

“Ərdoğanın komandası bu siyasətə ürəkdən əməl edəcək.

Milli Kəşfiyyat Təşkilatının rəhbəri təyin edilən İbrahim Kalın uzun müddətdir ki, komandada çalışır, sözçü və digər funksiyaları yerinə yetirib. Onun Azərbaycana sevgisi bəllidir. Azərbaycanla bağlı məsələlərdə nə qədər həssas olduğunu biz dəfələrlə görmüşük.

Milli Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri, Ərdoğanın “sirr küpü” adlandırılan Hakan Fidan çox təcrübəli şəxsdir. Zənnimcə, indiyə qədər Türkiyə Milli Kəşfiyyat Təşkilatında bu qədər təcrübəli, bu qədər yüksək reytinqə malik olan, üstəlik, komandanın başçısının rəğbətini qazanan şəxs olmayıb. Bu səbəbdən də onu dövlətin xarici siyasət sahəsinə göndərdilər. Onsuz da xarici siyasət Milli Kəşfiyyat Təşkilatı ilə sıx vəhdətdə işləyir. Hakan Fidan xarici siyasəti kifayət qədər yaxşı bilir. Uzun müddət Çavuşoğlu ilə kontaktda işləyib. İndi isə özü bu prosesə başçılıq edəcək. Xarici siyasət həm də kəşfiyyat məsələləri ilə bağlıdır. Ölkənin xaricdə yerləşən diplomatik idarələrinin bir fəaliyyəti iki ölkə arasında münasibətləri bərqərar etməkdirsə, ikinci vəzifəsi isə yerləşdiyi ölkə ilə bağlı kəşfiyyat materialları toplamaq və onları Milli Kəşfiyyat Təşkilatına, yaxud dövlətin uyğun strukturlarına göndərməkdir. Həm peşəkarlıq baxımdan, həm də qarşılarında duran funksional vəzifələr baxımından Milli Kəşfiyyat Təşkilatına rəhbərliklə xarici işlər nazirinin arasında elə bir ciddi fərq görmürəm. Əksinə, yaxşı kəşfiyyatçı həm də çox gözəl diplomat ola bilər. Mən əminəm ki, bu, praktikada özünü sübut edəcək. Ağıllı gedişdir”.

Qabil Hüseynli xatırladıb ki, Hakan Fidanın ilk zəngi Ceyhun Bayramova oldu:

“Onun Bayramova zəngi, Ceyhun Bayramovun Hakan Fidanı təbrik etməsi göstərdi ki, o, yeni missiyada yenə də Azərbaycan məsələsini xarici siyasət xəttinin mərkəzinə qoyacaq. Bu nöqteyi-nəzərdən ölkəmizə kifayət qədər böyük sərmayələr gələcək.

fidan.PNG (1.25 MB)

Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yaşar Gülər də ordunun canı olan bir vəzifədə çalışırdı. Ordumuzun yenidən qurulması, onun NATO standartlarına yaxınlaşması Gülərin Azərbaycanın müdafiə naziri Zakir Həsənovla sıx təmasları və birgə fəaliyyəti nəticəsində həyata keçirilib və keçirilməkdə davam edir. Hesab edirəm ki, Azərbaycan ordusu, onun vəzifələri, Azərbaycan ordusunun geosiyasi, geostrateji vəzifələr məsələsində Yaşar Gülərin Hulusi Akardan heç də az olmayan dəstəyini görəcəyik. Biz bu dəstəyi indiyə qədər görmüşük. Zənnimcə, Gülər müdafiə naziri mövqeyində mətbuatla daha yaxından dostluq edəcək. O da Azərbaycanla bağlı təbliğat siyasətində, Azərbaycanın dünya siyasətinə açılmasında Hakan Fidan qədər önəmli funksiyasını yerinə yetirəcək”.

Politoloq vurğulayıb ki, baş nazir funksiyasını yerinə yetirən şəxs də dəyişdi, yeni sima gəldi:

“Bütün bunlar onu göstərir ki, Ərdoğan yaxın 5 il ərzində tarixi məsələləri həll etmək niyyətindədir. Yeni komandası ilə xalqa verdiyi vədləri çox uğurla, vaxtında və hər hansı bir çatışmazlıq olmadan həyata keçirmək niyyətindədir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR