Ərdoğanın otağına dinləmə cihazı qoyan şəxsin kimliyi məlum oldu
Baş nazirin yoxlama heyəti Ərdoğanın iş otağında və evində tapılan dinləmə cihazları ilə bağlı araşdırma son mərhələyə gəlib.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, yoxlama heyəti vəziyyəti incələdiktən sonra mövzu ilə əlaqəli hesabat hazırlayıb. Cihazın Ərdoğanın Keçiörendeki evinə 2011-ci il noyabr ayında baş nazirin əməliyyat olunduğu vaxt qoyulduğu məlum olub. Müfəttişlər 2011-ci ildən bu yana Ərdoğanın cangüdəni olanların ifadəsini alıb.
Kağız nazikliyində olan dinləmə cihazı TÜBİAK (Türkiyə Elmi Və Texnoloji Araşdırma Mərkəzi) tərəfindən araşdırıldıqdan sonra məlum olub ki, cihaz 1 ay aktiv olub.
İzahatlar alındıqdan sonra cihaz yerləşdirdiyi bilinən şəxsə də hesabatda yer verilib. Hesabat başa çatdıqdan sonra prokurorluğa təqdim olunacaq.
Cihazların haradan dinlənildiyi məlum olmayıb. Cihazların 2 ildən çoxdur ki, yerləşdirilməsi dinlənilən yeri təyin etməyə imkan verməyib.






