İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərdoğanın bu açıqlaması İran tərəfindən ciddi MESAJ kimi qəbul edilməlidir” - Deputat

727 14.06.2023 15:22 Siyasət A A

“Rəcəb Tayyib Ərdoğanın açıqlaması anlaşmaq üçün, regionda baş verən proseslərdə İranın neqativ yüklənməsinin qarşısını almaq üçün prezident tərəfindən atılan ən ciddi addımlardan biridir”.

Bu fikirləri millət vəkili Fazil Mustafa Musavat.com-a Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

fazil.jpg (79 KB)

Millət vəkili hesab edir ki, prezident bu açıqlama ilə maraqlara da diqqət çəkir: “Bu açıqlama İran tərəfindən ciddi mesaj kimi qəbul edilməlidir. Bölgədə sülh istəyiriksə, buna birlikdə nail olmalıyıq. İqtisadi maraqların təmin olunmasını da nəzərdə saxlamaq lazımdır. Təəssüf ki, bu istiqamətdə dəyişikliyə nail olunmayıb, İran əvvəlki mövqeyində qalır. Hər bir halda müzakirəyə layiq təklifdir. Bölgə dövlətləri məsələyə siyasi və ya ideoloji prizmadan yanaşmadan maraqlarını düşünərək addımlar atmalıdırlar. Bölgədə sülhün bərqərar olması hər bir dövlətin xeyrinədir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi Ermənistanla bağlı bir problem deyil: “Zəngəzur dəhlizi İranla bağlı bir problemdir. Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi məyus edir. Əslində onları da məyus etməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll edək. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” açılmış olar”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR