İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın baş məsləhətçisi: "Rusiya işğalçı Ermənistana dəstəyini dayandırarsa..."

1859 21.11.2016 16:05 Dünya A A
ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya böyük bir dövlətdir.

APA bildirir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu deyib. 

O, 300 milyonluq türk dünyasının, 1 milyard 700 milyonluq islam dünyasının mövcud olduğunu xatırladıb: "Əgər Rusiya kimi böyük dövlət terrorçu və işğalçı Ermənistana dəstəyini dayandırarsa və Qarabağda haqlı olan tərəfin yanında durarsa, bundan çox şey qazanar. Bu halda Rusiya 1 milyard 700 milyon insanın ürəyini, könlünü qazanmış olar. Rusiyanın belə bir ağılda olduğuna inanıram".

Y.Topçu qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin böyük dövlət adamıdır: "Bunu görürəm, bilirəm. İnşallah, qarşıdakı günlərdə Rusiya qarabağlı, şuşalı uşaqların atalarının, analarının torpaqlarına dönməsinə səbəb olan addımlar atar, Ermənistanın haqsız işğalına tezliklə son qoyular".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR