İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğana yaxın şəxslərdən birinə sui-qəsd hazırlanır - İddia

719 23.10.2015 11:56 Dünya A A

“Twitter”dəki iddiaları ilə Türkiyə gündəminə təsir edən Fuat Avni yenə şok effekti yaradacaq statuslar paylaşıb.

Lent.az “sözcü.com.tr”yə istinadən xəbər verir ki, Fuat Avni Türkiyədə seçkiyə 1 həftə qalmış prezident Rəcəb Tayyip Ərdoğana çox yaxın şəxslərdən birinin sui-qəsdə məruz qalacağını bildirib. Ölkənin fəlakətə sürüklənəcəyini qeyd edən F.Avni əsasən İstanbulda ictimai nəqliyyata hücumların təşkil ediləcəyini vurğulayıb.

Fuat Avni Türkiyədə təkbaşına iqtidar olmaq niyyətində olan qüvvələrin bunu həyata keçirmək üçün ölkədəki xaos mühitini dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb və Fətullah Gülən Camaatı ilə münasibətləri daha da kəskinləşəcəyini qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR