İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Türkiyədə sosial medianı bağlamaq istəyir - Video

Ailəsinin İnternetdə təhqir edildiyini deyən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə sosial media platformalarına nəzarət və ya bağlamaq üçün qaydalar tətbiq ediləcəyini bildirib.

Ərdoğanın kürəkəni olan maliyyə naziri Berat Albayrak çərşənbə axşamı Tvitter-də dördüncü uşağının dünyaya gəldiyini yazdıqdan sonra bəzi istifadəçilər onun həyat yoldaşı Əsranı təhqir edib.

Türkiyə polis idarəsinin çərşənbə günü verdiyi açıqlamada Albayrak və ailəsini təhqir edən yazıları paylaşan 19 nəfər istifadəçidən 11-nin həbs edildiyi bildirilib.

Ədalət və İnkişaf Partiyasının üzvlərinə müraciətində Ərdoğan partiyasının sosial mediadan istifadəyə nəzarət üçün yeni qaydalar tətbiq edəcəyini bir daha təkrarlayaraq, son illər platformalarda "əxlaqsız şərhlər"in tənzimlənmə olmadığı olmadığı üçün artdığını deyib.

“Bu platformalar bu millətə uyğun deyil. Ən qısa müddətdə bir qanun layihəsi hazırlayıb parlamentə təqdim edərək, bağlamaq və bunlara nəzarət etmək istəyirik" - deyə, o bildirib.

Ərdoğan Türkiyədəki sosial media şirkətlərinin hüquqi müraciətlərə cavab verəcək nümayəndələr təyin etməyə məcbur olacağını deyib.

“Ölkəmizin sosial media platformalarında büdcə və hüquqi təmsilçiliyi üçün lazım olan bütün addımları nəzərdən keçirmişik. Biz qaydaları hazırladıqdan sonra girişə qadağalar, hüquqi və büdcə cərimələri tətbiq edəcəyik", Ərdoğan deyib.

Aprel ayında Ədalət və İnkişaf Partiyası sosial media ilə bağlı qanun layihəsinə əsasən koronavirus epidemiyasına qarşı buna bənzər iqtisadi ölçülər daxil etmişdi.//Amerikaninsesi.org

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR