İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Suriyanın şimalında kürd dövlətinin yaradılmasına imkan verməyəcəyik”

2889 27.06.2015 21:38 Siyasət A A

Türkiyə Suriyanın şimalında müstəqil kürd dövlətinin yaradılmasına imkan verməyəcək. Musavat.com-un “Todays Zaman”a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Ankara nəyin bahasına olur-olsun bu yöndə mübarizəni davam etdirəcək. Prezident qeyd edib ki, kürdlər regionun demoqrafik strukturunu dəyişmək istəyirlər ki, Türkiyə də heç cür buna göz yuma bilməz. 

Xatırladaq ki, Suriyadakı kürd özünümüdafiə qüvvələri az öncə Kobani şəhərini bütünlüklə İŞİD-çilərdən təmizlədiyini bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR