İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”

520 25.10.2021 23:44 Dünya A A

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, dörd saata yaxın davam edən iclasın ardından dövlət başçısı mətbuata açıqlamalar verib.

Ərdoğan ölkədəki on səfirliyin Osman Kavala işi ilə bağlı bəyanatını Türkiyənin daxili işlərinə qarşımaq cəhdi kimi qiymətləndirildiyini və buna layiqli cavab verildiyini bəyan edib. O, Vyana sazişinin 41-ci maddəsinə sadiqliklərini ifadə edən səfirliklərin bundan sonra bəyanatlarında daha diqqətli olacaqlarına inandığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR