İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Sanksiyalara baxmayaraq, İranla iqtisadi münasibətlərimizə son qoymayacağıq

541 24.01.2024 23:11 Dünya A A

“Sanksiyalar səbəbindən qonşumuz İranla iqtisadi və ticarət əlaqələrimizə son qoymadıq, bundan sonra da son qoymayacağıq”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə – İran Biznes Forumunda açıqlayıb.

“İki regional güc olan Türkiyə və İran inkişaf və sabitlik üçün əməkdaşlığını irəli aparmalıdır. İranla 30 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaqda qətiyyətliyik”, – Ərdoğan vurğulayıb.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR