İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Rəisi ilə DANIŞDI: Yanınızdayıq!

992 03.01.2024 22:49 Siyasət A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Prezident Ərdoğan görüş zamanı Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib.

O, dinc əhalini hədəf alan terror aktını pisləyib, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirərək, İran xalqına səbr diləyib. Türkiyə prezidenti danışıq zamanı İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırdığını təkrarlayıb.

Bundan əlavə, İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfərinin sonrakı tarixə təxirə salınmasına qərar verilib. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR