İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinlə Soçidə görüşəcək - Minbiç və Kobani şəhərləri gündəmdədir

1175 20.10.2019 17:46 Siyasət A A

“Reuters”in Ankaradan yaydığı xəbərdə deyilir ki, gələn həftə Soçidə keçiriləcək danışıqlar zamanı Türkiyə və Rusiya Suriyanın şimalındakı Minbiç və Kobani şəhərlərindən YPG (kürd) milislərinin çıxarılmasını müzakirə edəcək.

Rəsmi Ankara cümə axşamı Vaşinqtonla Suriyanın şimal-şərqində yaratmaq istədiyi "təhlükəsiz zonadan" kürd silahlıların çıxması üçün beş günlük atəşkəs elan olunması haqqında razılığa gəldi. Prezident Tayyib Ərdoğan rusiyalı həmkarı ilə Suriyaya dair təcili danışıqlar aparmaq üçün çərşənbə axşamı Soçiyə gedəcək.

Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu “Kanal 7” telekanalına verdiyi müsahibədə deyib ki, YPG-nin Suriyanın şimalından Moskva tərəfindən dəstəklənən Suriya hökumətinə bağlı hərbi birləşmələr tərəfindən çıxarılacağını gözləyir.

Elbəyi Həsənli, Sürix
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR