İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək

546 26.02.2024 21:00 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığından sonra jurnalistlərə açıqlamasında deyib.

"O, mənə səfəri gecikdirməyəcəyini bildirdi. Türkiyənin beynəlxalq platformadakı mühüm rolunu israrla qeyd etdi və iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnun olduğunu bildirdi", - Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR