Ərdoğan: “İstanbuldakı terror aktlarının məqsədi xeyli sayda insanların öldürülməsi olub”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı terror aktlarının məqsədinin xeyli sayda insanın məhv edilməsinin olduğunu bildirib.
APA-nın xəbərinə görə, bunu Ərdoğan İstanbulda törədilən partlayışlarla əlaqədar bəyanatənda bildrib.
“Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük. Aydındır ki, “Beşiktaş”-“Bursaspor” matçından dərhal sonra törədilən terror aktının məqsədi xeyli sayda insanı məhv etmək olub. Təəssüflər olsun ki, ölən və yaralananlar var”, - deyə bəyanatda bildirilir.
Son məlumata görə, iki partlayış nəticəsində yaralananların sayı 70-ə çatıb. “Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri təsdiqləmir.






