"Dünyanın bir çox ölkələri İrandan üz döndərdiyi zaman Türkiyə həmişə onu dəstəkləyib. Bu cür ifadələr və hədələr Türkiyəni düşünməyə vadar edəcək", - Ərdoğan deyib.
Baş nazir onu da qeyd edib ki, İran hakimiyyəti əvvəlcə Suriyaya qarşı siyasəti barədə düşünməli, sonra isə Türkiyəyə irad tutmalıdır.
Xatırladaq ki, bazar ertəsi İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi bildirmişdi ki, Türkiyə ABŞ-ın Suriyadakı siyasətini dəstəkləməyə davam edəcəyi təqdirdə, o "növbəti ölkə" olacaq.






