İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq”

713 13.05.2022 16:30 Dünya A A

“Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar veriblər. Beləliklə, Yunanıstanın NATO-nu da arxasına alaraq Türkiyəyə qarşı davranışını bilirsiniz. Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib. PKK-sı, DHKP-C-si İsveçdə, Hollanda da yuvalanıb. Hətta oraların parlamentlərində də yer alırlar. Bu baxımdan onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”, - dövlət başçısı bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR