İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Dünya ictimaiyyəti suriyalı qaçqınların saxlanılmasında Türkiyəyə yardım etməlidir

614 23.05.2016 12:48 Siyasət A A
Dünya ictimaiyyəti suriyalı qaçqınların saxlanılmasında Türkiyəyə yardım etməlidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda I Ümumdünya Humanitar Sammitinin açılışında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə Suriyadan olan qaçqınlara humanitar yardım göstərməyə davam edir.

Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb.

Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.

Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR