İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərdoğan bu səfəri ilə tarixi xarakter daşıyan mesajlar verdi” - Politoloq

481 14.06.2023 17:09 Siyasət A A

“Rəcəb Tayyib Ərdoğan bu səfəri ilə tarixi xarakter daşıyan mesajlar verdi”.

Bunu Musavat.com-a politoloq Qabil Hüseynli deyib.

qabil.jpg (172 KB)

O qeyd edib ki, bu mesajlar içərisində Moskvaya ünvanlanmış ismarışlar, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması ilə bağlı fikirlər olduqca mühümdür:

“Zəngəzur dəhlizi ilə bağlı söylədiyi birmənalı fikirlər, İranın pozucu hərəkətlərinə yönəlmiş sözlər xüsusilə diqqət çəkir. Cənab Ərdoğan açıq mesaj verdi ki, Türkiyə xarici siyasətinin strateji istiqamətlərini Azərbaycan və türk dövlətləri birliyi təşkil edir. O, Azərbaycanla münasibətlərin xüsusi ifadəsi olan Şuşa Bəyannaməsini xatırladaraq bildirdi ki, bunun içərisində olan bir sıra müddəaları hələ yerinə yetirməmişik. Çünki Şuşa Bəyannaməsi əslində strateji müttəfiqlikdən də yüksək münasibətlərin bərqərar edilməsini özündə ehtiva edən bir sənəddir. Bundan sonra sənədin digər müddəalarının həyata keçirilməsi istiqamətində addımlarımızı atmaqda davam edəcəyik”.

Politoloq əlavə edib ki, Türkiyə prezidentinin Azərbaycanın hərbi sənaye kompleksinə, ordu quruculuğuna, bölgədəki strateji uğurlarına aid, həmçinin sülh müqaviləsi imzalandıqdan sonra bölgənin rifahının daha da yüksələcəyi barədə verdiyi müdrik fikirləri də diqqəti cəlb edir:

“Səfər olduqca uğurlu idi. Ərdoğanın enerjili, gənc, daha çox Qərb ali təhsil məktəblərində təhsil almış, müasirliyi ilə seçilən yeni komandası da diqqət çəkdi. Onların da səsləndirdiyi ümumi fikirlər belə oldu ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq, dostluq, strateji müttəfiqlik daimidir, bunu heç kimin iradəsi sarsıda bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin də Ərdoğana müraciətlə “Azərbaycan xalqı sizi çox sevir” ifadəsi bu səfərin məzmununu təşkil edən ən mühüm göstərici idi. Üstəlik, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi türkdilli dövlətlərin inkişafına apara biləcək yolun mühüm bir hissəsidir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR