İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: "Biz deyil, hava məkanımızı pozanlar üzr istəməlidirlər"

2367 26.11.2015 18:47 Dünya A A
"Türkiyə Rusiyadan üzr istəməyəcək".

Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlaması zamanı deyib.

Ərdoğan açıqlamasında "Rusiyadan üzr istəməyəcəyik. Hava bölgəmizə müdaxilə edənlər bizdən üzr istəməlidir" sözlərini qeyd edib.

Ərdoğan gərginliyi artırmağa çalışmadıqlarını da vurğulayıb. 

Rusiya prezidenti Vladimir Putin bu gün verdiyi açıqlamada Türkiyənin üzr istəməli olduğunu bildirmişdi.

Aygün SƏFƏRLİ,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR