İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Azərbaycan zəlzələ zonasında layihələr həyata keçirmək istəyir”

982 01.05.2023 02:26 Son xəbər A A

“Azərbaycan zəlzələ zonasında bəzi mühüm layihələr həyata keçirmək istəyir”.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünya zəlzələ hadisəsində bizi tək qoymadı. İlk andan bizimlə oldular. Axtarış-xilasetmə qrupları göndərdilər. Birinci mərhələdə çadırlar gəldi. Konteynerlər göndərməyə başladılar. Azərbaycan bildirdi ki, 1 000 daimi ev tikmək istəyir. Dünən biz onun təməlini qoyduq. Azərbaycan həmçinin regionda təcili ehtiyac duyulan bəzi mühüm layihələri həyata keçirmək istədiyini bildirib”.

“Təbii ki, xaricdə yaşayan qardaşlarımızın Türkiyəyə olan sədaqəti bizi hər zaman təsirləndirib. Bütün dünyada vətəndaşlarımız əllərində olan hər şeyi səfərbər edərək köməyə tələsdilər. Biz bunları heç vaxt unuda bilmərik və heç vaxt unutmayacağıq”, - Ərdoğan əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR