“İdlibdəki əməliyyatı böyük ölçüdə başa vurduq, qarşımızda Afrin məsələsi var. Daha öncə nə dedik? Bir gecə qəflətən gələ bilərik, qəflətən vura bilərik.”
Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxışı zamanı deyib.
“Türkiyə terrorla mübarizdə yoç keçdikcə, bizə qarşı reaksiyaların dozasının artdığını görürük. Viza məsələsi, vətəndaşlarımızın üstlərinin itlərlə axtartılması doğru yolda olduğumuzu göstərir. ABŞ Suriyada terror təşkilatı PKK-nın abort olunmuş uşağı PYD/YPG ilə Rakka əməliyyatı aparır. PKK deyil deyirlər. Rakkada separatçının portretlərinin asılmasını nə ilə izah edirsən? Biz reallıqlarla danışırıq. Onlara açıq şəkildə silah verirsiniz, bunu bilirik.
Suriyanın 25 faizi PYD/YPG terror təşkilatının nəzarətindədir. Belə bir Suriya kimin işinə yarayır? Suriya xalqının deyil. Biz də qarşımızdakı mənzərədən məmnun deyilik. Hazırda Deyrizorda neft quyularını separatçı terror təşkilatı işğal edib. Kimin sayəsində” deyə Ərdoğan sual edib.






