İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “700-800 terrorçu Suriyanın şimalını tərk edib”

346 22.10.2019 18:14 Dünya A A

“Barış bulağı” hərəkatı çərçivəsində Suriyanın şimalında 2200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib. Hazırda ümumilikdə 160 qəsəbə nəzarətimiz altındadır”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, indiyədək 775 terrorçu zərərsizləşdirilib, Türkiyə ordusunun 7 əsgəri, ölkənin 20 vətəndaşı və Azad Suriya Ordusunun 79 hərbçisi şəhid olub.

Türkiyə Prezidentinin sözlərinə görə, indiyə kimi 700-800 terrorçu Suriyanın şimalını tərk edib.

Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, bu gün yerli vaxtla saat 22:00-da 120 saatlıq atəşkəsin vaxtı bitir, əgər verilən sözlər yerinə yetirilməsə, hərəkat davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR