İnsanlara hürriyət, millətlərə istiqlal!

Epşteyn adası ilə bağlı SENSASİON İDDİA - Türkiyədəki dəhşətli zəlzələdən sonra uşaqlar...

2631 10.01.2024 13:54 Region A A

Xəbər verdiyimiz kimi, cinsi istismar iddiaları ilə gündəmə gələn Epşteyn adası maraq mövzusuna çevrilib. Epşteyn adası Cefri Epşteynə məxsus özəl adadır və bu adada bir müddət uşaqlara qarşı zorakılığın yaşandığı iddia edilir. Epşteyn qalmaqalında bir çox məşhurların da adı hallanır.

Belə ki, açıqlanan 200 nəfərlik siyahıda ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Donald Tramp, Britaniya kral ailəsinin şahzadəsi Endryu, məşhur illüziyaçı Devid Kopperfild, pop musiqisinin əfsanəsi Maykl Cekson, Keyt Blanşett, Naomi Kempbell və Leonardo Di Kaprio kimi məşhurların adı çəkilir. 

Qeyd edək ki, cinsi zorakılıq edən Cefri Epşteyn 2019-cu ildə Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasında ölü tapılıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, C.Epşteynin qızlara qarşı cinsi istismar şəbəkəsi yaratdığı “pedofiliya adası” ilə bağlı yeni iddialar gündəmə gəlib.

Məlumata görə, 1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra bölgəyə səfər edən ABŞ-ın sabiq prezidenti Bill Klintonun ölkəsinə qayıtmasından sonra bəzi uşaqların itdiyi iddia edilir.

Belə ki, Epşteynin pilotu Nadya Marçinko qızların Türkiyədən ABŞ-a qaçırıldığını etiraf edib. 

18250984-728xauto.jpg (75 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR