İnsanlara hürriyət, millətlərə istiqlal!

“ƏNVƏR SEYİDOV İCRAÇI OLDUĞUNU DEYİRDİ”

1946 17.08.2010 09:49 Ölkə A A
“Hakim əvvəlcə müttəhimləri və vəkilləri aldadaraq bildirib ki, çox çıxış edib günahsızlıqlarını sübut etməyə çalışsalar, MTN-ə qayıdan zaman onları orada döyəcəklər. Üstəlik, məhkəmənin qapalı keçirilməsi də Ənvər Seyidova sərf edirdi. Məhkəmə açıq keçirilsəydi, müttəhimlərin heç bir cinayət əməli olmadığı üzə çıxacaqdı. İctimaiyyət məhkəmə prosesində baş verən haqsızlıqların və qanunsuzluqların şahidi olardı. Ənvər Seyidov məhkəmə vaxtı bizi - müttəhimlərin yaxınlarını  hədələsə də, fasilələr zamanı bir neçə dəfə xahiş edirdi ki, iş siyasi sifariş olduğu üçün onu bağışlayaq. O özünün  icraçı olduğunu deyirdi, qorxurdu ki, bizi sevməyən qüvvələrin qurbanına çevrilər. Həmin qüvvə olmayan  ”Səidin dəstəsi"ni yaradıb və öz böhtanları, şər qüvvələri ilə mütləq onlara ağır cəza verilməsinə nail olub".
İctimai müdafiə komitəsi “Səidin dəstə”si adı altında həbs olunanların bir-birilərini məhkəmədə tanıdıqlarını, tapdanan hüquqlarının bərpası üçün sona kimi mübarizə aparacaqlarını da bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR