
Ənvər Əliyev: “Azərbaycanda seçkini boykot etməyin heç bir əhəmiyyəti yoxdur”
Bunu APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, 125-lər əksər dairələrdən namizəd irəli sürür: “...Ona görə də fikirləşdik ki, bu şəkildə ADP ttp://az.apa.az/tag/ADP və Ümid Partiyası parlament seçkilərində birgə iştirak edə bilməyəcək. Bu baxımdan aramızda danışdıq ki, birgə seçkiyə qatılmaq ADP ttp://az.apa.az/tag/ADP üçün problem olur və bir halda ki, Ümid Partiyası ADP ttp://az.apa.az/tag/ADP-nin barələrində heç bir məlumatı olmadığı ”125-lər"lə 2 ilə yaxındır ki, bir seçki layihəsi üzərində işləyir, onlara mane olmayaq. ADP ttp://az.apa.az/tag/ADP də seçkilərdə müstəqil iştirak etsin".
Bundan öncəki parlament seçkilərində Qarabağ Blokunda təmsil olunan ADP ttp://az.apa.az/tag/ADP və Ümid Partiyası dairələr üzrə vahid namizədlər irəli sürüb, lakin Ümid Partiyası parlamentdə təmsilçilik hüququ əldə etsə də, dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılan vəsaiti ADP ttp://az.apa.az/tag/ADP ilə bölüşməyib. Son prezident seçkilərində isə hər iki partiya seçkilərə ayrı-ayrı namizədlə qatılıb. Qarşıdan gələn parlament seçkilərində də iki partiyanın ayrılıqda iştirak edəcəyi nəzərə alınsa, Qarabağ Blokunun mövcudluğunu qoruması nə dərəcədə məntiqli sayıla bilər? Sualın cavabında S. Cəlaloğlu bildirib ki, əslində Qarabağ Bloku müəyyən mənada öz ömrünü başa vurub: “Ümid Partiyası və ADP razılaşıb ki, seçki qurtarana qədər Qarabağ Blokunun fəaliyyətini dayandıraq. Sonra elə bir situasiya yarana bilər ki, Qarabağ bloku buraxıla bilər. Ümumilikdə isə etiraf etməliyik ki, iki partiyanın uzun müddət seçkilərdə, bir çox məsələlərlə bağlı ayrı-ayrı çıxış etməsi həm üzvlərimiz arasında, həm də cəmiyyətdə anlaşılmazlıq yaradır. Məsələn, biz uzun müddətdir ki, bir blokdayıq, dəfələrlə qarşıdan gələn parlament seçkilərində birgə iştirak edəcəyimizi deyirik, amma paralel olaraq Ümid Partiyası ”125-lər"lə seçki layihəsi həyata keçirir. Bu özü göstərir ki, Qarabağ Bloku siyasi blok sərhədlərindən kənara çıxmaq imkanına malik deyil. Ona görə situasiya dəyişəcəksə, yeni müxalif blokun yaranmasına ehtiyac olacaqsa, seçkidən sonra müxalifətdə yeni qruplaşma tələb olunacaqsa, həmin situasiyanın tələblərinə uyğun yenidən qruplaşa bilərik".

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə S.Cəlaloğlunun dediklərinə reaksiyasında bunları bildirdi: “Uzun müddət idi ki, ”125-lər" Siyasi Bloku ilə Ümid Partiyası dairələrdə işləyirdi, seçkilərə hazırlaşırdı və dairələr bölüşdürülmüşdü. Biz dairələr üzrə işlədik. Üst-üstə düşən dairələr ola bilər. Ona görə qərara aldıq ki, seçkilərdə ADP də öz namizədlərini irəli sürsün, biz də. Qeydiyyat məsələsi bitəndən sonra “Qarabağ” Seçki Bloku yığışıb bu məsələləri müzakirə edəcək. Prezident seçkilərinə də biz ayrılıqda getmişdik, Sərdar Cəlaloğlu da namizəd idi, mən də. Baxmayaraq ki, biz bir siyasi blokdaydıq, “Qarabağ” Blokunu seçki blokuna çevirməmişdik. İndi də həmin təcrübədir, həmin formada gedirik. Qeydiyyatdan sonra bu məsələlərə baxacağıq". ADP sədrindən fərqli olaraq İ.Ağazadə blokun öz ömrünü başa vurmadığını vurğuladı. Ötən parlament seçkilərindən sonra ayrılan maliyyə vəsaitinin ADP ilə bölüşdürülməməsinə gəldikdə, Ümid sədri belə dedi: “Maliyyə bölüşdürülə bilməz axı. Maliyyə partiyaya ayrılır, bloka ayrılmır ki. 2010-cu ildə bizim parlamentdə təmsil olunmağımızla bağlı ayrılan maliyyə partiyaya ayırılıb, bloka yox. Qanun bunu birmənalı deyir”.
O, boykot çağırışlarını da şərh edib. S.Cəlaloğlunun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanun vətəndaşları seçkidən çəkindirməyi qadağan edir: “Ona görə də aktiv boykot aparmaq qeyri-qanunidir. Bunu heç bir partiya edə bilməz. Partiyalar seçkidə iştirak etməməklə bağlı qərar qəbul edə bilər. Bu da siyasi qərar olacaq. Situasiyanı nəzərə alaraq partiyanın seçkidə iştirak etməməsi tamamilə normal haldır. Qanun seçkilərdə iştirakı zərurət kimi müəyyən etməyib. Siyasi partiyaların seçkidə iştirakı könüllüdür. Qanun isə boykota imkan vermir”.
Seçki mütəxəssisi Ənvər Əliyev “Yeni Müsavat”a bildirdi ki, qanunda boykotla bağlı hər hansı müddəa yoxdur: “Qanunda belə şey yazılmayıb ki, seçkini boykot etmək, ya olmaz. Boykot etirazın bir formasıdır, necə ki, küçə yürüşləri, mitinqlər. Qanunda yaza bilməzdilər ki, seçkiyə etiraz etmək olar, ya olmaz. Amma proseslər göstərir ki, Azərbaycanda seçkini boykot etməyin heç bir əhəmiyyəti yoxdur. Ümumiyyətlə, boykot sözü azərbaycanlılara aid deyil”.
İ.Ağazadə isə qeyd etdi ki, qanunda seçkidə iştirak etmək, etməmək var: “Seçkidə iştirak etməyib boykota çağırmaq var, yaxud etməyib sakit durmaq var”.
Cavid TURAN






