İnsanlara hürriyət, millətlərə istiqlal!

Energetika naziri: “Elektrik enerjisi üzrə yığım faizi artıb”

427 18.10.2019 11:20 İqtisadiyyat A A

“Ölkədə bu gün elektrik enerjisinin 92%-i ənənəvi enerji resursundan-təbii qazdan alınır”.

Musavat.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

O, bildirib ki, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmindədir: “İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir. Lakin ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı daha böyükdür. Qiymətləndirmələrə görə, bu potensial 26 min MVt ətrafındadır”.

Nazir əlavə edib ki, elektrik enerjisi üzrə yığımlar artıb: “Son illərdə enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi aşağı düşüb, yığım faizi isə artıb. Belə ki, son on ildə elektrik enerjisinin istehsalı və paylanmasında itkilərin 22,6%-dən 10,5%-dək, 1 kVt/s elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 331,6 qramdan 271,1 qrama qədər azaldılmasına nail olunub. Hazırda ən yeni texnologiyalar tətbiq etməklə bütün istilik, modul tipli və su elektrik stansiyalarında yüksək nəticələr əldə edilməsi, faydalı iş əmsalının artırılması, yanacaq sərfi və stansiyaların daxili sərfiyyatının azaldılması, enerji səmərəliliyinə nail olunması istiqamətində tədbirlər görülür. Generasiya güclərinin optimallaşdırılması və bərpası tədbirləri çərçivəsində stansiyaların imkan gücünün ən azı 500 MVt artırılması planlaşdırılır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR