İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir VİDEO

373 04.06.2020 12:58 Son xəbər A A

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda “Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, yarışda döyüş maşını üzərində motoatıcı bölmələrin hazırlığı yoxlanılır, heyətlərin bilik və bacarıqları artırılır, döyüş vərdişləri təkmilləşdirilir.

Hərbi qulluqçular sürücülük, atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirir, eləcə də verilən tapşırıqları dəqiq, vaxtında və düzgün icra edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR