İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən təhlükəsiz nəqliyyat növü...

13762 28.03.2015 09:20 Maraqlı A A


Fransada baş vermiş təyyarə qəzasından sonra  insanları bu sual daha çox düşündürməyə başladı: görəsən dünyadakı ən təhlükəsiz nəqliyyat növü hansıdır? Hansında qəza, qəzadan sağ çıxma ehtimalı böyükdür? Aparılan statistikalar bu barədə nə deyir? 

Maşın ən təhlükəli nəqliyyat növüdür, amma...

Öncə ondan başlayaq ki, bu mövzu ilə bağlı statistik göstəricilər və ictimai rəy ortaya bir-birindən fərqli nəticələr qoyur. Amma bir şeyi tam əminliklə demək olar: tamamən təhlükəsiz nəqliyyat növü mövcud deyil. 

Statistikaya əsasən, ən təhlükəsiz nəqliyyat növü təyyarə sayılır. Ondan sonra su nəqliyyatı və dəmir yolu gəlir. Avtomobil ən təhlükəli nəqliyyat növüdür. Bu nəticəyə səfərlər zamanı baş vermiş qəzaların statistikasına əsasən gəlinib. 

Psixoloji kriteriyalara əsasən, sərnişinlər özlərini daha çox dəmiryolu nəqliyyatında rahat hiss edirlər. Amma statistika bu rahatlığın nahaq yerə yarandığını göstərir. Dəmiryolunda baş vermiş qəzalar aviasiyadakılardan çoxdur. Amma dəmiryolu qəzaları kütləvi olmur və bu səbəbdən də ciddi ictimai rezonans doğurmur.


Dediyimiz kimi, dünya üzrə ən təhlükəsiz nəqliyyat növü təyyarədir. Təyyarələrdə sərnişinlərin sayına nisbətdə ölüm hallarının səviyyəsi 0,6-0,7 nəfərdir. Qatarlar üçün bu rəqəm daha böyükdür - 0.9 nəfərdir. Avtomobildə isə ölüm statistikası - 1.5 nəfərdir. Ən təhlükəli nəqliyyat növü motosikletdir. Motosikl sürənlər arasında ölüm halları  - 160 milyon kilometrdə 42 nəfər təşkil edir. Bu göstərici müxtəlif ölkələrdə fərqli ola bilər. Məsələn, İsveçrənin Federal Statistika Xidmətinin göstəricilərinə görə, ölkədə təhlükəsizliyinə görə birinci yerdə qatar, ikinci yerdə isə təyyarə dayanır. İsveçrəlilər hesab edirlər ki, qatar qəzaları ciddi xəsarət və ölüm halları ilə nəticələnmir. Bu qəzalar isə çox nadir hallarda, qatarlar yola çıxan avtomobillərlə toqquşduğu və ya relsdən çıxdığı halda mümkün olur. 

Milyon uçuşdan birində qəza baş verir


Rəqəmlər isə dəqiq mesaj verir: milyon uçuşdan birində qəza baş verir ki, bunu avtomobil və dəmir yolu hadisələri barədə demək olmaz. Amma ən kiçik aviaqəza belə dərhal KİV-in diqqətini cəlb edir. Bu isə cəmiyyətdə aviasiya barədə neqativ fikrin yayılmasına səbəb olur. 
Daha bir ilginc statistika: təyyarəyə minən sərnişinin aviaqəzada dünyasını dəyişmə ehtimalı təxminən 1/8 000 000-dir. Yox, əgər sərnişin hər gün təsadüfi reyslərlə hərəkət etmək istəsə, ölmək  üçün 21 il gözləməlidir. 

Təyyarə qəzasında sağ qalma ehtimalı minimaldır - yanlış!!!

Daha bir yanlış yayılmış fikir isə ondan ibarətdir ki, təyyarə qəzası nəticəsində sağ qalma ehtimalı minimaldır. ABŞ tarixində 1983-cü ildə 2000-ci ilə qədər baş vermiş təyyarə qəzalarının analizi göstərib ki, bortda bulunan sərnişinlərin cəmi 5 faizi qəza nəticəsində dünyasını dəyişib. Bu statistikaya əsaslanaraq demək olar ki, aviaqəzalara düşən 53 487 nəfərdən 51 207 nəfər sağ qalıb. 26 ciddi təyyarə qəzasının nəticələri araşdırılanda isə məlum olub ki, hətta ağır təzyiqlə yerə düşən, təyyarələrin parçalanması və yanması ilə müşayiət olunan qəzalarda belə sərnişinlərin 50 faizi sağ qalır. 

Əgər təyyarə suya məcburi eniş gerçəkləşdirərsə, sərnişin və pilot heyətinin sağ qalma ehtimalı ikiqat artır.

Bu mövzu ilə bağlı aparılan araşdırmaların ümumi nəticələri aşağıdakılardır:

1. Hava nəqliyyatı - nəqliyyatın ən təhlükəsiz növüdür. 

2. Hər 3 saniyədən bir dünyada yerə bir təyyarə enir. 

3. Əgər gündəlik qəzaların faizi 0,01 olsaydı, bu, o demək olmalıydı ki, gün ərzində minimum 13 təyyarə qəzaya uğrayır. 

4. Eşşəklərin gün ərzində öldürdüyü insanların sayı aviaqəzalarda ölənlərdən daha çoxdur. 



5. Piyada keçidində yaşıl işığın yanmasını gözləyən piyadanın ölmə ehtimlı aviaqəzada ölmə ehtimalından daha yüksəkdir. 

6. Hər uçuşdan öncə təyyarə olduqca ciddi texniki yoxlamadan keçir. 

7. Aviaqəza - heç vaxt təsadüf sayılmır, əksinə, bəzi faktorların zəncirləmə üst-üstə düşməsidir. 

8. Yer üzündə insanların 80 faizi uçmaqdan qorxur. 5 faiz ümumiyyətlə uçmaqdan imtina edir, onu quru və su nəqliyyat növü ilə əvəzləməyi tərcih edir.
 
9. Uçuş və yüksəklik qorxusunun elmi adı aerofobiyadır.
 
10. Stüardessalara daha çox vurulurlar, nəinki digər peşə sahibləri olan qadınlara. 

11. Çox adam 10 km hündürlükdən yerə düşməkdən qorxur. Bu isə təyyarənin qanadlarındakı güclü təzyiqə görə mümkün deyil. O, havada maşının şossedə dayanmasından daha yaxşı dayanır, idarə olunur. 

12. Pilot və stüardessalar “risk əmsalına” görə əlavə ödəniş almırlar. Ona görə ki, təyyarələr güclü məntiq və təbiət qanunlarına görə yox, məhz onlara görə uçur. 

Təyyarədə 123 min il keçirmək və... qəzaya uğramamaq mümkündür

“Business Insider” nəşrinin dərc etdiyi araşdırmada təhlükəsiz nəqliyyat növləri barədə ilginc detallar üzə çıxıb. Ötən il Massaçusetk Texniki İnstitutunun araşdırması göstərdi ki, dünya üzrə kommersiya aviakampaniyaları sərnişinləri üçün ölüm riski 45 milyon uçuşdan birində mümkündür. Statistikaya əsasən, orta hesabla səyyah təyyarədə 123 min il keçirə, amma hər hansı qəzaya uğramaya bilər. Keçək digər nəqliyyat növlərinin qəzaya uğrama ehtimallarına. 


1. Velosiped. Velosipedsürənlərin qəzaya düşüb dünyasını dəyişmə ehtimalı 4982 səfərdən birində mümkündür. Bu rəqəmləri ABŞ Milli Təhlükəsizlik Şurası ortaya çıxarıb. 

2. Motosikl. ABŞ-da motosikl sürənlərin iştirakı ilə baş verən 1907 yarışdan birində qəza hadisəsi yaşanıb. 

3. Küçədə gəzən yerdə ciddi zədə alma ehtimalı 1749 haldan birində mümkündür. 

4. Əgər siz hazırda hansısa avtomobildə sərnişinsinizsə, qəzaya düşmə ehtimalınız 415-dən birdir. 

5. ABŞ-ın dövlət ekspertləri deyir ki, özəl təyyarə həvəskarları daha çox qəzaya və problemlərə uğrayır, nəinki kommersiya aviakampaniyalarına müraciət edənlər. Birinci halda qəzaya düşmə ehtimalı 7229-da birdir. 


6. “PolitiFact” təşkilatının ekspertləri isə onu üzə çıxarıblar ki, avtobus ən təhlükəli yerüstü nəqliyyat növüdür. 

7. Statistika nəticəsində həm də o məlum olub ki, təyyarədə 100 milyon mil məsafə qət edən tipik sərnişinin 0.003 ölüm hadisəsi görmə ehtimalı var. 

8. Maşının sükanı arxasında oturanların ölmə ehtimalı qatarla səfər edənlərinkindən 10 dəfə artıqdır. 

9. ABŞ polisi iddia edir ki, ölkə üzrə baş verən yol qəza hadisələrinin 80 faizi piyadaların günahı üzündən yaşanır. 

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR