İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən çox qanundan danışıb ən çox da qanun pozan ABŞ - Demokratiya beşiyində boğulur

543 01.02.2024 13:45 Siyasət A A

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan hakimiyyətini tənqidçilərin və müxalifətçilərin təqibini dayandırmağa çağırıb.

“Azərbaycanda jurnalistlərə hücumlar, müxalifət xadimlərinin qanunsuz həbsi və transmilli repressiyalardan istifadə etmə - antidemokratik taktikadır.

Bakı COP29 ərəfəsində beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməli və bu təqibləri dayandırmalıdır”, - senator bazar ertəsi "X" platformasındakı hesabında yazıb.

Azərbaycan əzəli torpaqlarını işğaldan azad edəndən, separatçıları bölgədən çıxarıb, daxildəki kəşfiyyatçıları nəzarətə aldıqdan sonra Qərb yaman narahat olub.

Demək olar ki, hər həftə Azərbaycana qarşı bu kimi açıqlamalar, ittihamlar irəli sürülür və seçki öncəsi ağıllarınca ölkəmizdə qarışıqlıq yaratmağa cəhd edirlər. Ancaq hər kəsə, elə Qərbin özünə də məlumdur ki, digər ölkələrdə həyata keçirdikləri “qızılgül”, “məxməri”, “narıncı” və s. inqilablar, “Ərəb baharı” adlandırılan projelər Azərbaycanda baş tutmaz.
ABŞ həmişə demokratiya, firavanlıq adı ilə girdiyi ölkələrə fəlakət, problem gətirib.

Dünya mətbuatı yazır ki, ABŞ İraqda guya nüvə silahı axtarmaq üçün qaldığı 9 il ərzində yüz minlərlə dinc sakini öldürüb.
Dünyanın nüfuzlu həftəlik tibbi jurnalı – “The Lancet” qeyd edir ki, təkcə 2003-2006-cı illərdə ABŞ və müttəfiqlər 654 min iraqlını qətlə yetiriblər.

usmil-1700806690.jpg (64 KB)

Nüfuzlu “The Guardian” qəzeti isə İraqda həlak olanların sayı barədə daha dəhşətli faktlar ortaya qoyub. “Opinion Research Business” Mərkəzinə istinadla yayılan xəbərə görə, 2007-ci ilədək İraqda 1,2 milyon insan qətlə yetirilib. Yəni bu, Amerikanın yaxın tarixdə etdiyi vəhşiliklərdir.

Bütün bunları müzakirə obyektindən kənarda saxlayıb Azərbaycan kimi ölkələrdə qarışıqlıq yaratmaq üçün müxtəlif ittihamlar irəli sürürlər.

İki qocanın əlində qalan Amerika kimi dövlət əslində, son seçkilərdə də dünyaya özünü rəzil etdi.

Baydenin əsas rəqibi olan Trampa qarşı xeyli ittihamlar irəli sürüldü. Ona qarşı 45 səhifəlik ittihamnamədə bildirilir ki, 77 yaşlı Tramp ABŞ-da fırıldaq məqsədli konspirasiyada iştirak edib, başqalarının haqlarını təhlükə altında qoyub, Konqresin rəsmi prosedurunu və ABŞ seçkilərinə nəzarət edən elektoral kollegiyanın prosedurunu pozmağa cəhd edib.

Bu faktın özü belə ABŞ-ın daxildə hansı gündə olduğunu ortaya qoyur. Öz gözlərində tiri görməyib, başqalarında çöp axtarırlar.
Bundan başqa dünyaya demokratiya, insan haqlarından danışan ABŞ-da hələ də ölüm cəzası icra olunur. Özü də xüsusi vəhşiliklə. ABŞ-ın hal-hazırda 29 ştatında edam cəzası tətbiq olunur və federal qanunlara görə, ölümlər “pentobarbital” adlı zəhərli iynə vasitəsilə icra edilir.

1606646972_edam.jpg (102 KB)

Birləşmiş Millətlər Təşkilatı Baş Katibliyinin sözçüsü Farhan Haq, ABŞ-ın bəzi ştatlarının federal məhkəmlərinin qəbul etdiyi edam cəzalarının tətbiqinə reaksiya göstərərək bildirib: “Dünyanın harasında olursa olsun, BMT ölüm cəzasının tətbiqinə qarşıdır və bütün ölkələr edamları həyata keçirməyə qəti şəkildə son qoymalıdır”.

Texas edam cəzasının tətbiqinə görə xüsusi tanınır. Bu ştatda 1976-cı ildən bəri 570-dən çox ölüm hökmü verilib və 570-dən çox edam həyata keçirilib. Texas bu məsələdə ən aktiv tətbiqçi olaraq bilinir.

21-ci əsrdə supergüc dövlətdə hələ də vəhşiliklərə, polis zorakılığına son qoyulmur. Yeri gəlmişkən qeyd edək ki, 1980-2018-ci illərdə polis zorakılığı nəticəsində ABŞ-da 30 min insan qətlə yetirilib…

Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan öz ərazisindəki separatçı rejimin fəaliyyətinə son qoyduqdan sonra ABŞ-ın təzyiqləri, qərəzli və riyakar siyasəti ilə üz-üzə qalıb. 907-ci düzəliş də elə səlibçilik təfəkkürünün ortaya qoyduğu hal idi.
907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən düzəlişdir. Bu düzəliş, ilk dəfə erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə senator Con Makkeyn tərəfindən, daha sonra isə senator Con Kerrinin dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən təklif edilib. Haqlı olaraq ekspertlər tərəfindən 907-ci düzəliş Azərbaycan Dövləti ilə ABŞ arasındakı münasibətlərin korlanmasına yol açan bir addım kimi də qiymətləndirilir.

ny-1535161027-zhf40c94ib-snap-im.jpg (56 KB)

Çünki ABŞ və Fransa 30 il ərzində Ermənistana və keçmiş qondarma rejimə birbaşa yardımlar edib.

Bölgədə bir terrorçu silahlandırıb, üstümüzə göndəriblər. Bununla milyonlarla insanımıza zərər dəyib, onların hüquqları pozulub. İndi də oxşar əməllərindən əl çəkmirlər. Azərbaycan hər zaman demokratiyadan yana olub. Ancaq görünən budur ki, ABŞ hökuməti Azərbaycana qarşı ədalətsiz mövqe tutub.

Qafar Səfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR