İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ən çox müzakirə olunacaq məsələlərdən biri məhz Zəngəzur dəhlizidir"- deputat  

534 08.05.2021 18:53 Ölkə A A

"10 noyabr razılaşmasının bir sıra bəndləri bu günə kimi yerinə yetirilməyib".

Deputat Ceyhun Məmmədov bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan silahlı qüvvələri hələ da Qarabağdan tam çıxarılmayıb: "Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın pozucu və təxribatçı bəyanatları davam edir".

Deputat bildirib ki, Azərbaycan öz qəti mövqeyində qalır: "Müharibənin dayandarılmasının əsas səbəbi razılaşmada bu məsələlərin əksini tapmasıdır". C.Məmmədov əmindir ki, Sergey Lavrovun Bakı səfəri zamanı Azərbaycanın qəti mövqeyi Rusiya tərəfinə bir daha çatdırılacaq. "Zəngəzur dəhlizi ilə bağlı işlər sürətləndirilməlidir. Ən çox müzakirə olunacaq məsələlərdən biri məhz Zəngəzur dəhlizi məsələsidir. Digər məsələ Laçın dəhlizi ilə bağlı məsələdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də müzakirələr aparılacaq", -,deyə, deputat əlavə edib.

C.Məmmədovun sözlərinə görə, Azərbaycan sülhməramlıların fəaliyyəti, ermənilərin danışıqları pozmaq məqsədi daşıyan addımları da müzakirə olunan məsələlərdən olacaq.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR