İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ən böyük arzum ölməməkdir” – Ramiz Əzizbəyli

1475 20.09.2019 00:24 Şou-biznes A A

"Gecə heç yatıram. Yuxum ərşə çəkilib. 9 aydır yataqdayam, ayağım kəsilib”.

Musavat.com xəbər verir ki, bu sözləri xalq artisti Ramiz Əzizbəyli "Hər şey daxil" verilişinə açıqlamasında deyib.  Verilişin əməkdaşları xalq artistinin evindən canlı yayım edib. 

Səhhətində problem olan aktyor artıq 9 aydır, yataqda olduğunu söyləyib: "9 aydır, ayağım kəsilib. Onu göstərmək lazım deyil. Hərəkətsizəm, yeməyi də yedizdirirlər. Mənə kaşa yedirirlər. Qızım mənə baxır, çox sağ olsun. Sənət dostlarım da gəlib baş çəkir".

R.Əzizbəyli "Əz böyük arzunuz nədir" sualına "Ölməmək, hələ çox yaşamaqdır" cavabını verib.

O, evinin vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təmir olduğunu da vurğulayıb. 

Könül,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR