İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmisi arvadının ölümünə səbəb olan şəxsə ağır cəza: aralarında münasibət var imiş

1317 29.11.2018 19:15 Kriminal A A

Əmisinin həyat yoldaşını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən R.Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə Bakının Pirallahı rayonunda baş verib. R.Hüseynov əmisinin həyat yoldaşı Mariya Qəhrəmanovanı yumruqla vuraraq öldürüb.

R.Hüseynov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilib. Amma əmisinin arvadını öldürmək istəmədiyini qeyd edib.

O, əmisi arvadı ilə münasibətinin olduğunu və buna görə də mübahisə etdiklərini söyləyib. R.Hüseynov hadisə zamanı sərxoş olub.

İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR