Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” aviaşirkəti 2020-ci ildə səyahətçilərin Dubayın beynəlxalq hava limanına şəhərin istənilən yerindən rahat çatdırılması üçün iki özəl birinci klass pilotsuz aparatı istifadəyə verəcək.
AZƏRTAC aviaşirkətin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, 2020-ci ilin aprel ayından bu xidmətdən “Emirates” aviaşirkətinin “Skywards Platinum” proqramının iştirakçıları istifadə edə biləcəklər. Hər iki pilotsuz aparatda birinci klass iki özəl nömrə quraşdırılıb. Sərnişinlər üçün ICE əyləncə sistemi və onların rahatlıgı üçün digər yeniliklər nəzərdə tutulur. Pilotsuz aparatlar dördqanadlı dronlara bənzəyir.






