İnsanlara hürriyət, millətlərə istiqlal!

“Emin Hüseynov heç bir halda Azərbaycan vətəndaşlığından məhrum edilə bilməz”

3837 19.06.2015 00:45 Gündəm A A

Hüquq müdafiəçisi, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) SƏDRİ Emin Hüseynovun ölkədən çıxarılması və ardınca barəsində yayılan informasiyalar gündəmin əsas müzakirə mövzusudur. Əsas mövzulardan biri də onun guya ki, Azərbaycan prezidentinin sərəncamı ilə ölkə vətəndaşlığından çıxmasıdır. Təbii ki, bu, hələ təsdiqlənməmiş xəbərdir. Amma belə bir versiyanın yayılması da ciddi polemikalara səbəb olub. 

Hüquqşünas Əlövsət Əliyev hesab edir ki, bu,  ağlabatan deyil və yolverilməzdir. O, sosial şəbəkədəki statusunda bu barədə geniş izahat yazıb və fikrini qanunvericiliklə əsaslandırıb: “Konstitusiyanın 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Yəni vətəndaşlıq vətəndaşla dövlət arasında ikitərəfli münasibətdir. Bu halda Emin Hüseynovun vətəndaşlıqdan çıxmaqla bağlı müraciət etməsi inandırıcı görünmür. Hətta belə bir müraciət mövcud olsa da, bu müraciət ona asılı vəziyyətdə olduğu zaman yazdırılıb və hüquqi nəticəyə səbəb ola bilməz. Asılı vəziyyətindən istifadə etməklə bu məzmunda ərizənin yazdırılması isə şəxsin vətəndaşlıqdan məhrum edilməsidir;  buna da qanun yol vermir. Belə ki, Konstitusiyanın 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz”.


Ə.Əliyevin fikrincə, bu qaydada vətəndaşlıqdan çıxarma həm də ona görə yol verilməzdir ki, Emin Hüseynovbu halda vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşə bilər: “Qoşulduğu beynəlxalq sənədlərlə Azərbaycan öhdəlik götürüb ki, vətəndaşlıqdan çıxmaqla bağlı müraciət edən şəxsi yalnız o halda vətəndaşlıqdan çıxaracaq ki, başqa ölkənin həmin şəxsi öz vətəndaşlığını verəcəyi haqqında öhdəliyi olsun. İsveçrənin isə belə bir öhdəlik müraciəti ola bilməz. Azərbaycanın qoşulduğu başqa bir beynəlxalq sənədə görə isə vətəndaşlığına xitam verilmiş şəxs başqa ölkənin vətəndaşlığını müəyyən səbəbdən əldə edə bilmirsə bu halda o, əvvəlki vətəndaşlığını itirmiş hesab edilməli deyil. Yəqin ki, Emin Hüseynovun bu məsələyə münasibəti ilə gələcəkdə tanış olacağıq”.

Sevinc 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR