İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Həsənli “Bengü-Türk” Televiziyasının qonağı olub – FOTOLAR

590 06.11.2019 15:14 Siyasət A A

Türkiyədə səfərdə olan Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli “Bengi-Türk” Televiziyasının qonağı olub.

Turkustan.info xəbər verir ki, televiziyanın “Həftəyə baxış” proqramında çıxış edən Emin Həsənli ABŞ rəsmi dairələrində son günlər Türkiyəyə qarşı yalançı “erməni soyqırımı” kartının gündəmə gətirilməsi, Qarabağdakı qondarma rejimin təmsilçisinin rəsmi dairələr tərəfindən qəbulu haqda danışıb.

Həmçinin, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini qeyd edən E.Həsənli, iki qardaş dövlətin birgə addımlarının xalqlarımızı qələbələrə aparacağını vurğulayıb.

Səfər çərçivəsində E.Həsənli “Türkgün” qəzetinin redaksiyasında olub, qəzetə müsahibə verib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR