Müğənni Emil Bədəlov Həcc ziyarətinə dəfələrlə gedən şəxslərə irad bildirənlərə cavab verib.
Musavat.com saytına açıqlama verən ifaçı deyib ki, insanları içindən gələn ziyarət sevgisi üçün qınamaq olmaz: “Deyirlər ki, filan kəs dəfələrlə ziyarətə gedib, amma kasıba əl tutmayıb. Bu fikirlə razı deyiləm. Onlar haradan bilir ki, həmin şəxs heç kimə yardım etməyib? Edilən yardım gizli olmalıdır. Mən 1 dəfə Ümrədə, 3 dəfə Həccdə olmuşam. Həcc elə yerdir ki, bir dəfə oraya gedən şəxsin sonra burnunun ucu göynəyir, hər il gedib görmək istəyirsən. Insanları içindən gələn bu sevgi üçün qınamaq olmaz. İnsan istəsə, 20 dəfə də ziyarətə gedə bilər”.
Müğənni ikinci övladından da danışıb: “Vaxta az qalıb. Qızım olacaq. Artıq ad da düşünmüşük. Qızımın adı Zeynəb olacaq”.
Könül
Musavat.com






