İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏMƏLİYYAT TARİFLƏRİ: XARİCDƏ VƏ BİZDƏ...

45912 02.02.2011 09:00 Ölkə A A
Ondan başlayaq ki, Azərbaycanda burun çəpəri əyriliyi və plastik əməliyyat 1000 manata həyata keçirilir. Əgər burun daxilində başqa problemlər də olarsa, əməliyyatın qiyməti 2 min manata qədər qalxır. Göz ətrafındakı qırışları gərdirmək üçün tələb olunan məbləğ 800-1000 manatdır. Bədəndən artıq yağların götürülməsi əməliyyatı isə xanımlara 1500 manata başa gəlir. Estetik mərkəzində süd vəzilərinə silkon qoyulmasının qiyməti 2500-3000 manatdır.
Türkiyədəki estetik əməliyyatlarının qiyməti isə bizdə olanlardan xeyli fərqlənir. Alın gərmə 1500-2000 manat, burun estetiki 1300-5000 manat, endoskopik üz gərmə 2000-8000 manat, dodaq böyütmə 300-700 manat, çənə estetiki 800-2000 manat, saç əkmə 900-2200 manat, göz estetiki 700-3000 manat, qulaq düzəltmə 800-2300 manat, yağ əlavə etməklə üz dolğunlaşdırma 900-3000 manat, boyun gərmə 2000-4000 manat, lazerlə ləkə silmə 500-1500 manat, arıqlama 1000-5000 manat, sinə böyütmə, dikləşdirmə 3500-8000 manat, qarın gərmə 800 manatdan 3000 manata qədərdir.
Ölkəmizdə və dünyada ən çox daxili orqanların əməliyyatına ehtiyac duyulur. Belə ki, açıq ürək və böyrək köçürmə əməliyyatı kifayət qədər geniş yayılıb. Türkiyədəki əməliyyat qiymətləri Avropa ölkələrindəki əməliyyat qiymətlərindən üç qat ucuzdur. Açıq ürək əməliyyatı qiymətləri arasında isə sanki uçurum var. Belə ki, Avropada 30-40 min avroya aparılan açıq ürək əməliyyatı “5 ulduzlu” xüsusi xəstəxanalarda 3500-4000 avroya edilir.
Çətin vəziyyətdə olan vətəndaşlar böyrəyini 10-80 min manat arasında qiymətə sata bilir. Üstəlik əməliyyat üçün dövlətə 13-15 min manat ödənilir. Lazerlə göz əməliyyatların xərci isə tək göz üçün 600-800 manat arasında dəyişir, amma özəl xəstəxanalarda məbləğ 15 min manat qədər artır.
Türkiyədə bir göz əməliyyatının dəyəri 1500 dollar olduğu halda, estetik əməliyyatlarda qiymət 1500-3000 dollar arasında dəyişir. Avropada 4-5 min dollar olan körpə müalicələri Türkiyədə ortalama 2 min dollara başa gəlir. Almaniya, Hollandiya, Belçika, Fransa, Avstriya, İngiltərə və Rusiyadan olan xəstələr Türkiyəyə açıq ürək, göz və estetik əməliyyatları üçün müraciət edirlər. Avropa ölkələri ilə eyni texnologiyaya sahib olan Türkiyədə daha ucuz olması səbəbindən.
Türkiyədə əməliyyat paketləri də təklif olunur. Qiyməti 999 dollardan başlayan paket proqram, otel-havlimanı-xəstəxana arasındakı transferlər, müayinə, dərman, əməliyyat, 3 ulduzlu oteldə bir həftə yerləşməni əhatə edir. Qiymət 1500 dollaradək qalxa bilir. Xaricdə 5 min dollar olan plastik əməliyyatı Türkiyə xəstəxanalarında 500 dollara edirlər.
Maraqlıdır ki, Azərbaycan və Türkiyədə apendisit əməliyyatının qiyməti demək olar eynidir. Ölkəmizdə 400 manata aparılan əməliyyatı Türkiyədə 300 manata edirlər. Ginekoloji əməliyyatların qiymətləri isə qonşu ölkədə 1000 manatdan başlayaraq 3000 manata qədərdir. Bizdə çox az həyata keçirilən qaraciyər köçürülməsi əməliyyatının qiyməti isə 50 min manatdır. Müqayisə üçün deyək ki, qonşu Türkiyədə bu rəqəm 130 min dollar həndəvərində dəyişir. İndiyədək 12 azərbaycanlıya qaraciyər köçürülüb. Qeyri-rəsmi məlumatlara görə, daxili bazarda böyrəyin qiyməti təxminən 8-10 min dollar ətrafındadırsa, İranda bu qiymət 6-15, Rusiyada isə 20-30 min dollar ətrafında dəyişir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR