İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə BURAXMADILAR - FOTO

1801 05.05.2024 17:59 Şou-biznes A A

Əməkdar artist Lalə Məmmədova mərhum türkiyəli müğənni Kayahanın həyat yoldaşı İpek Acarın TRT-də yayımlanan proqramında qonaq olub.

Müğənninin veriliş üçün hazırlanan libası narazılıq yaradıb.

Bu haqda müğənni Elnarə Xəlilova sosial şəbəkədə paylaşım edərək, Laləyə və onunla çalışan stilist Elnur Həsənova söz atıb.

Elnur məsələyə aydınlıq gətirib. O, "Deməsəm olmaz" verilişində bu haqda danışıb:

"Geyimin eskizini özüm hazırladım. Bütün mahnılar seçildi və göndərildi. Bizə deyilməyib ki, TRT-də açıq geyimə qadağa var. Dövlət kanalıdır, bu, normaldır. Paltar hazırlandı, saç, makiyaj düşünüldü və biz Türkiyəyə getdik. Çəkiliş günü studiyada hamı deyir paltar gözəldi, amma bu geyimdə efirə çıxmaq olmaz. Dedilər ki, get nəsə al. TRT Taksimə yaxın idi, qaçıb gedib bir top aldıq və Lalə xanım paltarın altından geyinib efirə çıxdı". / Kanal.az

Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə BURAXMADILAR - FOTO

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR