İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist illər sonra arzusuna çatdı

1402 27.06.2024 22:33 Şou-biznes A A

Əməkdar artist Babək Niftəliyev "Xəzər axşamı" verilişində qonaq olub.

39 yaşlı sənətçi bu il Qurban bayramını öz doğma yurdunda, Kəlbəcərdə qeyd etdiyini bildirib:

"Artıq qarabağlı günlərimiz başlayıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şükür olsun ki, bayramlarımızı artıq ürəklə qeyd edirik. Arzumuz var idi ki, Qarabağımızda qurban kəsək. Atam, anam və qardaşımla necə oradan gəlmişdiksə, elə də qayıtdıq. Kəlbəcərdə öz həyətimizdə qurbanımızı kəsdik. Allah səsimizi eşitdi. Düzdür, yurd-yuvamız viran olub. Daşı daş üstündə də qoymayıblar ki, heç olmasa bünövrəsi qalsın".

Qeyd edək ki, Babək Niftəliyev Kəlbəcərdən çıxarkən 8 yaşı olub./axşam.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR