İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist Fədayədən yazdı: "Saf sevgisinin qurbanı oldu"

3202 31.10.2017 11:55 Son xəbər A A

Əməkdar artist Lalə Məmmədova həbs olunan müğənni Fədayə Laçının müdafiəsinə qalxıb.

Musavat.com xəbər verir ki, fikirlərini sosial şəbəkədə bölüşən sənətçi həmkarının sevgisinin qurbanı olduğunu bildirib:
"Ehhh...Təmiz qəlbli, saf Fədayəm mənim. Bir bilsən, necə pisəm... Əzizlərim, heç vaxt, heç kəsi qınamayın. Sabah başımız gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalı deyilik. Tale elə gətirdi ki, Fədayə ilə illərdir eyni sənətdə olsaq da, yalnız son iki il dostlaşdıq. Əvvəllər onun tək ifasını bəyənirdimsə, sonradan uşaq kimi saflığına, dürüstlüyünə heyran oldum. Son çıxan xəbərlərlə bağlı yalnız bunu deyəcəm: Fədayə saf sevginin qurbanı oldu. Onun bacısı və anasının halını anlayıram. Allah səbr versin. İnanıram ki, bu qorxulu yuxu tez bitəcək və sən yenidən aramıza qayıdacaqsan”.

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR