İnsanlara hürriyət, millətlərə istiqlal!

Elza Seyidcahan: “O insanlar vətənini, xalqını, partiyasını da satar"

2967 12.10.2015 15:21 Son xəbər A A
Xəbər verdiyimiz kimi Mərkəzi Seçki Komissiyası oktyabrın 11-də keçirdiyi iclasında əməkdar artist E. Seyidcahanın namizədliyinin 54 saylı Şabran-Siyəzən DSK tərəfindən qeydə alınmaması barədə qərarı ləğv edərək onun namizədliyi qeydə alınıb.

Olanlar barədə Elza Seyidcahan “Yeni Müsavat”a açıqlama verib:

“Əsas odur ki, saxtakarlıq adı mənim üzərimdə götürüldü. Əgər bu haqsızlıq yerdə qalsaydı, mən daha heç vaxt bəstəkar kimi mahnı bəstələyə bilməzdim...”

Əməkdar artist bundan öncə ona qarşı təzyiq və təhdidlər edənlər barəsində də danışıb:
“İnsan var ki, yalnız özünü fikriləşir, arzuladığı məqsədə çatmaq üçün hətta vətənini, xalqını, partiyasını da satar. Mən o insanlardan deyiləm. El arasında bizdə belə bir məsəl var-“Adımı sənə qoyum, səni yana-yana qoyum”. Mənə şər atanlar öz adlarını mənə qoya bilmədilər. 

Mən özümü seçilmiş hesab edirəm. Çünki, mənə etimad göstərən şəxslər yenidən mənə imza atdı. Mən yenidən 550 səsi toplaya bildim. Fəhlələr, müəllimlər şəxsiyyət vərəqələrinin şəkilərini çəkib mənə yolladılar. Onlar mənim tapdalanmş hüququmu müdafiə etdilər. Onların hər birinə sağ ol deyirəm”.

Qeyd edək ki, bir neçə gün bundan öncə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən əməkdar artist Elza Qasımovanın (Seyidcahan) namizədliyi qeydə alınmamışdı. DSK-nın verdiyi qərara görə toplanan imzaların 43-ü etibarsız sayılıb, imza verən 180 seçici isə imzasından imtina edib.
Əməkdar artistin şikayəti əsasında MSK İşçi Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, 78 nəfərin imzalarından imtina etməsi əsaslıdır, 102 nəfərin imzasından imtina ərizələri isə əsaslı deyil. MSK İşçi Qrupu hesab edib ki, etibarlı sayılan imzalar da E. Seyidcahanın namizəd kimi qeydə alınması üçün yetərlidir.

Xalidə Gəray

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR